Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 11 aprel 2017 09:23 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il martın 1-nə 20 151,2 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 552,4 mln. manat və ya 2,82% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda yanvar ayı ilə müqayisədə 2017-ci ilin fevral ayında geniş mənada pul kütləsi 883,7 mln. manat və ya 4,2% azalıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 77,6 mln. manat və ya 24% artaraq 2017-ci il martın 1-nə 10,764 mlrd. təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR