Şəmkir sakini bıçaq xəsarəti alıb

Şəmkir sakini bıçaq xəsarəti alıb
# 07 avqust 2016 23:01 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1995-ci il təvəllüdlü Sabir Əsgərov qarının ön divarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.


Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. S.Əsgərovun dediyinə görə o, özü özünə bıçaqla xəsarət yetirib


Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR