Pentaqon: NATO Rusiya üçün heç bir təhlükə yaratmır

Pentaqon: NATO Rusiya üçün heç bir təhlükə yaratmır
# 14 oktyabr 2022 06:18 (UTC +04:00)

NATO Rusiya Federasiyası üçün təhlükə yaratmır.

APA xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirdiyi brifinqdə deyib.

“NATO Rusiya üçün təhlükə yaratmır. O, Rusiya ilə qarşıdurmaya can atmır”, - deyə Pentaqon rəhbəri bildirib.

Ostin əlavə edib ki, Alyans ölkələri o cümlədən ABŞ, üzv dövlətlərin suverenliyini və NATO ərazisinin hər qarışını müdafiə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR