DİN Füzulidə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Füzulidə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 06 yanvar 2016 09:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Füzuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V. Əsədova orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR