Bakı - APA. Masallı rayonunun Hacıtəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Masallıda ev yanıb

Hadisə

Xızıda polis sənədsiz silahları təhvil götürüb
Bakıda şərab evinin satıcısı bıçaqlanıb - FOTO
