Səfir: "İsrail qonşu ölkələrin hamısına yalnız sülh içində yaşamağı arzulayır"

Səfir: "İsrail qonşu ölkələrin hamısına yalnız sülh içində yaşamağı arzulayır"
# 04 may 2017 17:56 (UTC +04:00)

İsrail bütün qonşu ölkələrə yalnız sülh içində yaşamağı arzu edir. APA-nın məlumatına görə, bu sözləri İsrailin müstəqilliyinin 69 illiyi ilə bağlı tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Dan Stav deyib. O bildirib ki, İsrailin yerləşdiyi bölgədə bütün qonşularla əməkdaşlıq etmək çətindir. “İsrailin dövlət müstəqilliyi bu gün multikultural Bakı şəhərində qeyd edilir. Azərbaycanlılar və yəhudilər çox qədimdən birlikdə sülh şəraitində yaşayıblar. Hər iki xalq həm kədərlərini, həm də sevinclərini paylaşırlar", - deyə səfir bildirib.

 

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan iki ölkə arasında münasibətlərin inkişafına xüsusi önəm verir: “İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan hər zaman müxtəlifliklərin birlikdə sülh şəraitində yaşadığı ölkə olub. Bizim ölkəmizdə bir neçə sinaqoq fəaliyyət göstərir. Son illər iki ölkə arasında yüksək səviyyəli səfərlər intensivləşib". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR