Quterreş: “BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı məsuliyyətə cəlb olunacaq”

Antoniu Quterreş

© APA | Antoniu Quterreş

# 28 yanvar 2024 09:46 (UTC +04:00)

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarına qarşı HAMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.

APA xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

“BMT agentliyin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başladı” - baş katibin bəyanatında deyilir.

Quterreşin qeyd etdiyi kimi, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

“BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR