Kolumbiyada avtobus yarğana düşüb, 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb

Kolumbiyada avtobus yarğana düşüb, 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb
# 18 avqust 2016 04:14 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada ağır yol qəzası qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Boqota-Kali marşrutu ilə hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən yarğana düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Zərərçəkənlərin arasında ən azı 4 uşağın olduğu bildirilir.

Hazırda xəstəxanalarda yaralılara tibbi yardım göstərilir. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR