NATO baş katibinin nümayəndəsi: “Biz Minsk Qrupunu və qarşılıqlı razılaşdırılacaq həlli dəstəkləyirik”

NATO baş katibinin nümayəndəsi: “Biz Minsk Qrupunu və qarşılıqlı razılaşdırılacaq həlli dəstəkləyirik”
# 16 fevral 2016 10:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “NATO Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmayıb”.

APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. O münaqişə ilə bağlı son durumu prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdiyini söyləyib: “NATO-nun münaqişə ilə bağlı mövqeyi var. Təmas xəttindəki vəziyyət gərginlik yaradır. Bu, çətin durumdur. Alyans hesab edir ki, tərəflər sülh yolu ilə həll prosesi üzərində işləməlidir. Rəsmi mövqeyimiz budur ki, biz Minsk Qrupunu və sülh yolu ilə qarşılıqlı razılaşdırılacaq həlli dəstəkləyirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR