Senat Nikolas Berns ABŞ-ın Çindəki yeni səfiri vəzifəsinə təsdiqlənib

Nikolas Berns

© APA | Nikolas Berns

# 17 dekabr 2021 04:22 (UTC +04:00)

Konqres senatı Nikolas Berns ABŞ-ın Çindəki səfiri vəzifəsinə təsdiqləyib.

APA xəbər verir ki, görüş “C-SPAN” telekanalı tərəfindən yayımlanıb.

Səsvermə zamanı Berns sözügedən vəzifəyə təsdiqlənmək üçün kifayət qədər səs toplayıb.

Qeyd edək ki, Berns təqaüdə çıxmış diplomatdır. ABŞ Prezidenti Co Bayden avqustda onun ÇXR-ə səfir vəzifəsinə namizədliyini irəli sürüb.

O, 2005-2008-ci illərdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini, ondan əvvəl isə ölkənin NATO-dakı daimi nümayəndəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR