Tərtərdə quldurluq edən şəxslər saxlanılıb

Tərtərdə quldurluq edən şəxslər saxlanılıb
# 22 avqust 2016 10:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Tərtər rayonunda quldurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Tərtər rayonunda 3 naməlum şəxs rayon sakini Əyyub Bəxtiyarovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində otururaq, Mingəçevir şəhərinə gedəcəyini bildirib.

Aran qəsəbəsində həmin şəxslər Ə.Bəxtiyarovu döyüb, avtomobili ondan alıblar və hadisə yerini tərk ediblər.

Yevlax və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Tərtər rayonunun ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR