Ağdamda qadını it dişləyib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, məcburi köçkünlər üçün salınmış qəsəbədə 1978-ci il təvəllüdlü Rzayeva Əminə Rza qızı it dişləmə xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulub.
APA-nın xəstəxanadan əldə etdiyi xəbərə görə son bir ayda 15 nəfərdən çox şəxs it dişləməsi şikayəti ilə xəstəxanada qeydiyyata düşüb.