Texasda atışmaya görə saxlanılan şübhəli şəxsin terroru dəstəklədiyi üzə çıxıb - FOTO

Texasda atışmaya görə saxlanılan şübhəli şəxsin terroru dəstəklədiyi üzə çıxıb - FOTO
# 04 avqust 2019 02:34 (UTC +04:00)

ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücuma görə saxlanılan şübhəli şəxslərdən birinin - Patrik Krusiosun Twitter səhifəsində diqqətçəkən paylaşımlara rast gəlinib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, o, səhifəsində Yeni Zelandiyadakı məscidlərdən birində baş vermiş terror hücumunu dəstəkləyən paylaşımlar edib.


Baş vermiş silahlı insident nəticəsində ölən və yaralananların sayı müxtəlif rəqəmlərlə (19-30, 20-40 və s.) göstərilsə də, ilkin olaraq yerli polis yalnız bir nəfərin həlak olduğunu bildirirdi. Lakin hazırda ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, şənbə günü Texas şatatının El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR