"PAŞA Bank"ın Gürcüstandakı törəməsi II rübü mənfəətlə başa vurub

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi II rübü mənfəətlə başa vurub
# 01 sentyabr 2016 14:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PASHA Bank (Georgia)” 2016-cı ilin iyulun 1-ə maliyyə hesabatını açıqlayıb. “APA-Economics” xəbər verir ki, cari ilin II rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 293,317 mln. lari təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 6,15% azalaraq 101,923 mln. lari olub.

Ötən illə müqayisədə cari ilin ilk altı ayında öhdəliklər 4,66% artaraq 192,708 mln. lariyə, depozit portfeli isə 2,13 dəfə artaraq 45,338 mln. lariyə bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 2,5% artaraq 100,609 mln. lari təşkil edib.

Qeyd edək ki, bank cari ilin II rübünü 2 mln. 238 min lari mənfəət əldə edib.

* Sentyabrın 1-nə 1 lari 0,7112 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR