Qubada yol-nəqliyyat hadisəsində xəsarət alan piyada ölüb

Qubada yol-nəqliyyat hadisəsində xəsarət alan piyada ölüb
# 30 avqust 2016 10:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quba rayonunda avtomobillə vurulan qadın ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da Quba şəhərində şəhər sakinləri Elgün Əzizovun idarə etdiyi “Mercedes” və Mayıl Yusifovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub, “Hyundai” markalı avtomobil sürüşərək yolu keçən Nəzərşah Əmirbəyovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əmirbəyov avqustun 29-da orada ölüb.


Quba RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR