Tramp Hindistan və Pakistan liderlərinə münaqişənin həllində öz vasitəçiliyini təklif edib

Tramp Hindistan və Pakistan liderlərinə münaqişənin həllində öz vasitəçiliyini təklif edib
# 26 sentyabr 2019 05:20 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında Hindistan və Pakistan liderlərinə Kəşmir ətrafındakı münaqişənin həllində bir daha ölkəsinin vasitəçiliyini təklif edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp Nyu-Yorkda Pakistan və Hindistan liderləri ilə ikitərəfli görüşlər də keçirib.

“Biz Kəşmiri müzakirə etdik. Mən öz vasitəçiliyimi təklif etdim. Bu iki nüvə ölkəsi məsələni həll etməlidir”, - deyə vəziyyətin yaxşılığa doğru gedəcəyinə ümid bəslədiyini əlavə edən Tramp mətbuat konfransında bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR