İsrail və İran ən azı bir həftə ərzində bir-birlərinə zərbələr endirməyəcəklər.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
“Biz çox yaxşı danışıq apardıq. Ona zərbə endirildi, o da cavab verdi. Buna görə onu qınaya bilmərəm. Amma indi bunu dayandırıblar. Beləliklə, onlar təxminən bir həftə və ya daha çox müddətdə bir-birlərini rahat buraxacaqlar”, — Tramp jurnalistlərə açıqlamasında deyib.