Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan İshaq Kağnıcıoğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə nazirliyin təqdimatı təmin edilib və təqsirləndirilən şəxsin Türkiyəyə ekstradisiya olunması haqqında qərar verilib.
İttihama görə, İ. Kağnıcıoğlu Türkiyədə hədə-qorxu ilə tələb etmək, adam oğurluğu, soyğunçuluqda təqsirləndirilir. O, Türkiyədə axtarışda olub və bu ilin martında Azərbaycanın Ağsu rayonunda həbs edilib.