Ağdamda kürəkən qayınanasını döyüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Fərqanə Ağayevanın evinə qonaq gələn kürəkəni, Eyvaz adlı şəxs ailə münaqişəsi zəminində ona xəsarət yetirib. Səs-küyə gələn qonşular F. Ağayevanı xilas etməyə çalışanda müxtəlif bədən xəsarətləri alıblar.
Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Elviq Abbasov və Zaur Əhmədov kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.