Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən Valentina Filimonovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlunatına görə, məhkəmənin hökmü ilə V.Filimonova 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 14-də V.Filimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. N.Orlov hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub.