Bakıda “Perinatal diaqnostikada yeni texnologiyalar” mövzusunda tədbir keçirilib

Bakıda “Perinatal diaqnostikada yeni texnologiyalar” mövzusunda tədbir keçirilib
# 13 aprel 2017 16:26 (UTC +04:00)

Bakıda Azərbaycan və Türkiyə həkimlərinin birgə konfransı keçirilib. APA-nın məlumatına görə, konfrans “Perinatal diaqnostikada yeni texnologiyalar” layihəsinin təqdimatına həsr olunub. Tədbirdə millət vəkilləri, Türkiyə səfirliyinin təmsilçiləri, Azərbaycan və Türkiyədən ginekoloq, genetik həkimləri iştirak edib. GENOKS-un (Genetik xəstəliklərin diaqnostikası mərkəzi) rəsmi distribüteri Ersadık Turan bildirib ki, layihənin məqsədi genetik xəstəliklərin müəyyən edilməsi üçün perinatal diaqnostikada yeni texnologiyaları Azərbaycanda tanıtmaq və həyata keçirməkdir.

 

Onun sözlərinə görə, bu diaqnostika NİFTY testi vasitəsilə aparılır: "NİFTY uşaqda genetik riskləri təyin edən, güvənilən, sürətli və maksimum müsbət faizə sahib olan testdir.  Perinatal diaqnostika əsasən döldəki irsi xəstəlikləri və inkişaf qüsurlarını müəyyənləşdirir, nəticədə dünyaya daha sağlam uşaqların gəlməsinə nail olunur".

 

Türkiyənin Genetik Xəstəliklərin Diaqnostikası Mərkəzinin (GENOKS) təmsilçisi Ayşə Şaylı isə bildirib ki, NİFTY döldə genetik riskləri təyin edir. NİFTY testi ilə 19 genetik parametr üzrə analiz aparmaq imkanı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR