Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır

Moskva və Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılır
# 01 may 2017 11:39 (UTC +04:00)

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

 

"APA-Economics" xəbər verir ki, uçuşları "Severnıy veter" (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

 

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

 

Qeyd edə ki, hazırda Yekaterinburqun "Koltsovo" hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi "Ural Hava Yolları" aviaşirkəti yerinə yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR