Bank Of Baku

Bu il Azərbaycanda külək elektrik enerjisi istehsalı 3%-dən çox artıb

Bu il Azərbaycanda külək elektrik enerjisi istehsalı 3%-dən çox artıb
# 19 aprel 2018 09:51 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 516,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü müqayisədə 0,7%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,5% azalaraq 69,1 mln. manat təşkil edib.

 

Ötən üç ay ərzində Azərbaycanda 6 122,8 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 1,5% azdır.

 

Bunun 338,9 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 0,9% azdır.

 

Bunun 5 541,3 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə eyni səviyyədə 0,8% azdır.

 

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 6,2 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə 3,3% çoxdur.

 

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 7,7 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 28,7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR