"Azərbaycanfilm" kinostudiyasında Buktreyler Festivalının iştirakçıları ilə görüş keçirilib

"Azərbaycanfilm" kinostudiyasında Buktreyler Festivalının iştirakçıları ilə görüş keçirilib
# 11 aprel 2017 09:54 (UTC +04:00)

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında II Buktreyler Festivalı iştirakçıları ilə görüş keçirilib. APA-nın məlumatına görə, Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

 

Görüşdə festivalın təsisçisi aktyor Ruslan Sabirli festivalın cəmiyyətimiz üçün faydasından danışıb, iştirakçıların suallarını cavablandırıb.

 

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çağdaş Azərbaycan kinosunun uğurlarından danışıb, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr haqqında məlumat verib.

 

Görüş zamanı rejissorlar Elçin Musaoğlu, Elxan Cəfərov və operator Nadir Mehdiyev iştirakçılarla öz təcrübələrini paylaşıb, onların suallarını cavablandırıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR