Mərkəzi Bankın əməkdaşlarını sığortalayacaq şirkətin adı məlum olub

Mərkəzi Bankın əməkdaşlarını sığortalayacaq şirkətin adı məlum olub
# 23 noyabr 2016 06:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə əlaqədar tenderin nəticələrini açıqlayıb.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın əməkdaşlarının tibbi sığortalanması üçün elan olunmuş tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən tender komissiyasının 21 oktyabr 2016-cı il tarixli qərarı ilə “AXA MBASK ” ASC tenderin qalibi elan edilib.

 

Qalib şirkətlə müvafiq sığorta müqaviləsi bağlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR