Bakıda Avropa film festivalı keçiriləcək

Bakıda Avropa film festivalı keçiriləcək
# 27 oktyabr 2016 09:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakı şəhərində Avropa film festivalı başlayır.

APA-nın məlumatına görə, noyabrın 3-dən 12-nə kimi davam edəcək festivalla bağlı keçirilən mətbuat konfransında Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın "Park Bulvar"la əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib. O bildirib ki, festivalda 19 Avropa filmi nümayiş olunacaq: “Filmlər bir çox kateqoriya üzrə nümayiş olunacaq. Bu filmlər Avropa mədəniyyətini müxtəlif rakurslardan göstərəcək. Filmləri izləmək tam pulsuzdur. Hər kəs saat 10-dan gəlib istədiyi film üçün bilet götürə və filmlərə baxa bilər. Bütün filmlər yenidir. 2015-2016-cı illərin filmləridir. Orijinal dillərində ingiliscə alt yazılarla nümayiş olunacaq. Burada Azərbaycan filmləri də göstəriləcək”.


M. Mard festival çərçivəsində jurnalistlər və izləyicilər üçün müsabiqə təşkil olunacağını söyləyib. Filmi izlədikdən sonra jurnalistlər bu barədə yazdıqları məqaləni, izləyicilər isə esseni Bakı nümayəndəliyinin “Facebook” səhifəsində yerləşdirməlidir. Ən yaxşı məqalə və esse müəllifi fevralda Berlində keçiriləcək film festivalına göndəriləcək.

Mətbuat konfransında iştirak edən “Park Cinema”nın baş meneceri Namiq Quliyev deyib ki, festival çərçivəsində noyabrın 12-də “Azərbaycanfilm” studiyası tərəfindən hazırlanmış “Qırımızı bağ” filmi nümayiş olunacaq: “Film yeni filmdir. Festivala Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunub”.

Yunanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantinos Adamopoulos təqdim olunacaq yunan filmi, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez isə nümayiş olunacaq ispan filmi barədə məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR