"Azneft" 57 quyunu istismara verib

"Azneft" 57 quyunu istismara verib
# 14 aprel 2017 14:46 (UTC +04:00)

SOCAR-ın "Azneft" İstehsalat Birliyi quyuların təmir işlərindən sonra istismara qaytarılmasını davam etdirir.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin mart ayında quyularda 90 əsaslı və 1567 cari təmir işi aparılıb, proqnozlara müvafiq olaraq 103,4% və 106,8% əməl olunub, 57 quyu istismara daxil edilib. Həmin quyulardan ümumilikdə 21 min 433,4 ton neft, 15 mln. kubmetrdən artıq qaz hasil edilib.

Ötən ay "28 May" Neft-Qazçıxarma İdarələri (NQÇİ) üzrə 6 quyu əsaslı təmir edilərək istismara verilib, əlavə olaraq 12 min 892 ton neft, 11,191 mln. kubmetr qaz və 607 ton kondensat hasil edilib.

 

"Neft Daşları" NQÇİ-də əsaslı təmir olunmuş 16 quyudan 7-si istismara qaytarılıb, onlardan 5 109 ton neft hasil edilib.


Ümumiyyətlə, N.Nərimanov, Z.Tağıyev, Ə.C.Əmirov, “Abşeronneft”, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarələri, həmçinin “Qaz Anbarlarının İstismarı” İdarəsi üzrə 45 quyu əsaslı təmir olunub, əlavə 3 432,4 ton neft çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR