Azərbayan Tibb Universitetinin klinikalarında kadr dəyişikləri edilib

Azərbayan Tibb Universitetinin klinikalarında kadr dəyişikləri edilib
# 04 noyabr 2016 10:00 (UTC +04:00)

Azərbayan Tibb Universitetinin klinikalarında kadr dəyişikləri edilib.

ATU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Könül Xəlilova Respublika Müalicəvi Diaqnostika Mərkəzinə baş həkim vəzifəsinə təyin olunub. Onun yerinə isə klinikanın direktoru vəzifəsinə II Pediatriya şöbəsinin müdiri Hüseyn Qabulov təyinat alıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına da yeni baş həkim təyin olunub. Bu vəzifəni Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Ağayev icra edəcək.

Qeyd edək ki, Rauf Ağayev indiyədək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR