Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri artır

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri artır
# 01 may 2017 08:08 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb. Apasport.az saytının məlumatına görə, iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 19 komandanın adı bəllidi.

 

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

 

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ”ın mümkün rəqiblərindən üçü dəqiqdi. Bunlar Gürcüstan “Samtredia”sı, Latviya “Spartak”ı və Finlandiya “Mariehamn”ıdı. Onlardan başqa Makedoniya, Bosniya və Herseqovina, Lüksemburq və Monteneqro çempionları da Ağdam təmsilçisinin rəqibləridi.

 

Ötən həftəsonu çempionluğu bayram edən Malta “Hibernians”ı və Şimali İrlandiya “Linfild”i I təsnifat mərhələsində mübarizə aparacaq ki, onlar da “Qarabğ” üçün potensial rəqibdi. Ümumilikdə isə təmsilçimizin 8 belə mümkün rəqibi məlumdu. Qızıl medalları yeni qazanan daha bir komanda İsrail “Hapoel”i (Beyer Şeva) isə səpələnmiş olduğundan II təsnifat mərhələsində çempionumuzla üz-üzə gələ bilməz.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

 

Səpələnmişlər 

“Seltik” (Şotlandiya) – 42,785

BATE (Belarus) – 29,475

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Rusenborq” (Norveç) – 12,665

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

Xorvatiya çempionu

Avstriya çempionu

Danimarka çempionu

Serbiya çempionu

 

Səpələnməmişlər

Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

Makedoniya çempionu

Bosniya və Herseqovina çempionu

Lüksemburq çempionu

Monteneqro çempionu

I təsnifat mərhələsinin 2 qalibi

 

Qeyri-müəyyənlər

“Hafnarfyordur” (İslandiya) – 6,175

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Jilina” (Slovakiya) – 5,850

Kipr çempionu

Polşa çempionu

Sloveniya çempionu

Bolqarıstan çempionu

Albaniya çempionu

Moldova çempionu

Macarıstan çempionu

I təsnifat mərhələsinin 3 qalibi

 

 

I təsnifat mərhələsi

Səpələnmişlər 

TNS (Uels) – 5,775

“Vikinqur” (Farer adaları) – 2,950

“Linfild” (Şimali İrlandiya) – 3,650

 

Səpələnməmişlər

“İnfonet” (Estoniya) – 1,300

San-Marino çempionu

Kosovo çempionu

 

Qeyri-müəyyənlər

“Hibernians” (Malta) – 2,800

Ermənistan çempionu

Andorra çempionu

Cəbəllütariq çempionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR