İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşib

İsgəndəriyyədə terror aktı törədən şəxsin kimliyi müəyyənləşib
# 12 aprel 2017 21:25 (UTC +04:00)

Misirin İsgəndəriyyə şəhərində kilsədə terror aktı törədənin kimliyi məlum olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Məlumata əsasən, üzərindəki partlayıcı qurğunu 1986-cı il təvəllüdlü Süveyş şəhər sakini, neft şirkətinin əməkdaşı Mahmud Mubarək Abdulla işə salıb.

 

Tanta şəhərində kilsəni partladan digər terrorçu-kamikadze barədə məlumat verilmir.

 

Aprelin 9-da  İsgəndəriyyədə və Tanta şəhərlərində törədilən partlayışlarda 45  nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR