Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 18 aprel 2017 08:57 (UTC +04:00)

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan 2 ədəd "Choco pie" markalı şirniyyat qutusunun və 1 ədəd "Yadra" markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR