Belarus qaza görə Rusiyaya olan borcunu tam ödəyib

Belarus qaza görə Rusiyaya olan borcunu tam ödəyib
# 13 aprel 2017 18:21 (UTC +04:00)

Belarus 2016-17-ci illər üzrə təbii qaza görə Rusiyanın “Qazprom” şirkətinə olan $726,2 mln. dollar borcunu tam ödəyib.  APA-nın xəbərinə görə, bu barədə  “RİA Novosti”yə şirkətdən bildirilib.

 

“Belarus “Qazprom” şirkəti qarşısında 2016-17-ci illər üzrə Rusiya qazına görə $726,2 mln. dollar məbləğində yaranan debitor borcunu tam  ödəyib”, - deyə məlumatda bildirilir.

 

Beləliklə, Belarus və Rusiya bir neçə aydır davam edən neft-qaz münaqişəsini qismən nizamlamış olublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR