Azərbaycan DİN sabiq MTN əməkdaşının Rusiyada tutulduğunu təsdiqləyib

Azərbaycan DİN sabiq MTN əməkdaşının Rusiyada tutulduğunu təsdiqləyib
# 12 fevral 2016 13:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Daxili İşlər Nazirliyi İnterpol xətti ilə axtarışda olan ləğv olunmuş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İbrahim Musayevin Rusiyada tutulması faktını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə beynəlxalq axtarışda olan İbrahim Musayev Rusiya Federasiyası hüquq-mühafizə orqanları tərəfindən Moskva şəhərində saxlanılıb.

Qeyd edək ki, İ. Musayevin saxlanılması barədə Rusiya mətbuatı bu ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Xatırladaq ki, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinərək barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR