Quldurluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

Quldurluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib
# 17 aprel 2017 19:00 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində quldurluqda və qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Qulu Abdullayev və Kamran Cəfərzadənin apellyasiya şikayətlərinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Q Abdullayev və K. Cəfərzadə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən onlar apellyasiya şikayəti verərək, cəzalarının azaldılmasını istəyiblər.

 

 İttihama görə, 2015-ci ilin noyabr ayının 3-də Ramana qəsəbəsi, Şuşa şəhərciyində qəsəbə sakini Aynur Teymurova bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Q. Abdullayev və 1999-cu il təvəllüdlü K. Cəfərzadə tutulub.

 

Q. Abdullayev Cinayət Məcəlləsinin və K.Cəfərzadə Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunurlar. K. Cəfərzadə A. Teymurovanın oğlunun sinif yoldaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR