İSB aktivlərini 1,5 mln. manat artırıb

İSB aktivlərini 1,5 mln. manat artırıb
# 08 may 2017 11:01 (UTC +04:00)

2016-cı ildə İcbari Sığorta Bürosunun (İSB) aktivləri 34 mln. 566,040 min manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 4,48% və 1 mln. 481,412 çoxdur.

 

"APA-Economics" xəbər verir ki, bu barədə İSB-nin 2016-cı il üzrə audit hesabatında deyilir. Audit "PricewaterhouseCoopers Audit Azerbaijan" MMC tərəfindən aparılıb.

 

Aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, bunun 2 mln. 40,508 min manatı (+85,79%) pul vəsaitləri və onların ekvivalentlərinin, 533,241 min manatı (-14,56%) iştirakçı sığortaçılar üzrə debitor borclarının, 16 mln. 617,390 min manatı (-6,48%) müddətli depozitlərin, 9 mln. 424,892 min manatı (8,28%) sair aktivlərin, 2 mln. 486,440 min manatı (+7,02%) ödəniş tarixinədək saxlanılan investisiya qiymətli kağızlarının, 418,813 min manatı (+2,3 dəfə) əmlak və avadanlıqların, 3 mln. 44,756 min manatı (+19,55%) qeyri-maddi aktivlərin payına düşür.

 

Hesabat dövründə İSB-nin öhdəlikləri 11,48% və ya 900,928 min manat artaraq 8 mln. 749,158 min manata çatıb.

 

Büro ötən il əməliyyat gəlirini 7 mln. 42,683 min manata, əməliyyat mənfəətini isə 6 mln. 241,296 min manata çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR