Azərbaycandakı dini icmalarının rəhbərləri Strasburqda keçirilən tədbirlərdə iştirak ediblər - FOTOSESSİYA

Azərbaycandakı dini icmalarının rəhbərləri Strasburqda keçirilən tədbirlərdə iştirak ediblər - <span style="color: red;">FOTOSESSİYA
# 07 sentyabr 2015 09:20 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Dini Qurumlarla iş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlı və Azərbaycandakı əsas dini icmaların rəhbərləri Fransada səfərdədirlər və artıq bir neçə görüş keçiriblər.

APA-nın Avropa müxbiri xəbər verir ki, Fransanın Elzas regionunda fəaliyyət göstərən və Fransa yəhudilərinin bütün dünya üzrə mədəni səfərlərini təşkil edən “Valiske” yəhudi cəmiyyətinin təşəbbüsü ilə Strasburq yaxınlığında yerləşən Buksviller qəsəbəsində Yəhudi-Alzas Muzeyi kimi fəaliyyət göstərən qədim yəhudi sinaqoqunda “Qubada dostluq körpüsü - Azərbaycanda birgə dinc şəkildə yaşamaq tərzi” adlı konfrans keçirilib.

Görüşdə Azərbaycandan dəvət olunmuş Dini Qurumlarla iş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və digər qonaqlar iştirak ediblər. Tədbirə “Valiske” yəhudi cəmiyyətinin sədri xanım Regine Vaksman, Yahudi-Elzas Muzeyinin Dostları Cəmiyyətinin sədri Jilber Vell, Buksviller qəsəbəsinin meri Alen Janus, Azərbaycanın Fransadakı səfirliyinin katibi Həbib Hacıyev də qatılıblar.

Həmin gün M. Qurbanlı, R. Vaksman, J. Vell və A. Janus Elzas regionunda yaşayan yəhudilər üçün əlamətdar hadisə hesab olunan Avropa Yəhudi Mədəniyyəti Gününün rəsmi açılış lentini kəsiblər. Bu münasibətlə tədbirlərin keçirildiyi Yəhudi-Alzas Muzeyində Azərbaycan mədəniyyətini, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub xalqların adət və ənənələrini əks etdirən fotoşəkil və eksponatlardan ibarət xüsusi Azərbaycan guşəsi də fəaliyyət göstərir. Azərbaycan guşəsi ilə tanış olan M. Qurbanlı öz növbəsində bu tədbirləri təşkil edən “Valiske” cəmiyyətinə, Buksviller şəhər merinə və xüsusən də tədbirin təşəbbüskarı “Valiske” təşkilatınln icraçı direktoru Andre Kosmişkiyə dərin təşəkkürünü bildirərək, Elzas regionuna, Strasburqa Azərbaycandakı dini icmaların nümayəndələrinin dəvət olunmasını, burada Azərbaycanla bağlı belə görüşlər keçirilməsinin ümumilikdə Fransa-Azərbaycan münasibətlərinə müsbət töhfə verəcəyini bildirib.

Daha sonra, tədbirdə iştirak edən Strasburq yəhudi icması nümayəndələrinin Azərbaycandan gəlmiş qonaqlarla tanışlıq görüşü keçirilib. M. Qurbanlı Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında geniş məlumat verərək, min illərlə bu dinlərin nümayəndələrinin Azərbaycanda sülh içində birgə yaşadıqlarını deyib. Dini icmaların rəhbərləri çıxış edərək Azərbaycandakı fəaliyyətlərindən danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR