Dağıstanda yük maşını toy karvanına girib, ölənlər və xəsarət alanlar var

Dağıstanda yük maşını toy karvanına girib, ölənlər və xəsarət alanlar var
# 06 sentyabr 2016 15:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Dağıstanda yük maşını toy karvanındakı 4 avtomobillə toqquşub.

APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, bu barədə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Yol qəzası Karabudaxkent rayonu ərazisində baş verib. Qəzaya səbəb kimi yük maşınının əyləcindəki problem göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR