Paytaxtda kömpüter salonlarından oğurluq edən şəxs saxlanılıb

Paytaxtda kömpüter salonlarından oğurluq edən şəxs saxlanılıb
# 01 mart 2016 21:01 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan bir ədəd “Play Station” oyun dəstini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov saxlanılıb.

APA-nın məlumatına görə, araşdırmalar zamanı saxlanılan şəxsin bu ilin fevralında paytaxtın Xətai, Yasamal və Sabunçu rayonlarının ərazilərində ümumilikdə 8 kompüter salonuna oğurluq niyyəti ilə daxil olduğu və həmin obyektlərdən oyun dəstlərini oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. A.Məhərrəmovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR