Mərkəzi Bank: Manatın denominasiyasını həyata keçirməyə lüzum yoxdur

Mərkəzi Bank: Manatın denominasiyasını həyata keçirməyə lüzum yoxdur
# 19 yanvar 2016 09:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur".

APA-Economics”in xəbərinə görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E. Rüstəmov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR