Venesuelada bir aydır davam edən etirazlar zamanı 35 nəfər öldürülüb

Venesuelada bir aydır davam edən etirazlar zamanı 35 nəfər öldürülüb
# 05 may 2017 04:52 (UTC +04:00)

Venesuelada aprelin 4-dən davam edən iğtişaşlar zamanı 35 nəfər öldürülüb, daha 717 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prokurorluğunun yaydığı məlumatda bildirilir.    

 

Məlumata görə, 18 ölüm faktı paytaxt Karakasda, 6 – Karabobo ştatında, 5 – Larada, 2 – Meridada, 2 – Mirandada, Barinas və Taçira ştatlarının hər birində 1 ölüm faktı qeydə alınıb. Ölənlər arasında 4-ü yeniyetmə, biri Milli Qvardiya əməkdaşı, daha biri isə polis əməkdaşıdır.  

 

Prokurorluq bütün ölüm və xəsarət halları ilə əlaqədar istintaq tədbirlərinin həyata keçirildiyini qeyd edib.  

 

Qeyd edək ki,  aprelin 4-də Ali Məhkəmə müxalif Milli Assambleyanın hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR