Türkiyənin Adana vilayətində bir evdən 6 meyit tapılıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bir mənzildən silah səsləri eşidildiyi məlumatını alan polislər hadisə yerinə gediblər. Mənzildə tapança ilə öldürülmüş iki kişi, dörd qadın meyiti aşkarlanıb. Ölən şəxslərin sabiq vali İsmət Mətin, arvadı Nurşən Mətin, qızları Sənəm Mətin, bibisi Könül Çingiz, onun oğlu Suphi Cümhur Çingiz və qaynının oğlu Dənizxan Dənər olduğu müəyyənləşib. Məlum olub ki, bir müddət əvvəl valideynləri vəfat edən D. Dənər 6 ildir, bərabər olduğu qızla evlənmək istədiyini deyib. Qohumları isə buna etiraz ediblər. Nəticədə onların arasında mübahisə yaranıb, D. Dənər tapança ilə evdə olan 6 nəfəri öldürəndən sonra intihar edib.
İntihar etməzdən əvvəl sevdiyi qıza və polisə zəng edərək, 5 nəfəri öldürdüyünü deyib.