Abşeronda bitum sexində yanğın olub

Abşeronda bitum sexində yanğın olub
# 16 aprel 2017 09:56 (UTC +04:00)

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 m2 olan bitum sexinin içərisində həcmi 1 m3 və 7 m3 olan bitum çənləri və 20 m2 sahəyə dağılmış bitum yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sex və sexin içərisində olan hazır məhsullar yanğından mühafizə olunub.

 

Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR