KXCP sədri: “Seçkiləri boykot edəcəyimiz barədə məlumatlar əsassızdır”

KXCP sədri: “Seçkiləri boykot edəcəyimiz barədə məlumatlar əsassızdır”
# 02 oktyabr 2015 09:56 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

O bildirib ki, KXCP-nin də təmsil olunduğu “Azadlıq - 2015” seçki bloku parlament seçkilərinə hazırlığını davam etdirir: “Bu baxımdan mətbuatda seçkiləri boykot edəcəyimiz barədə məlumatların heç bir əsası yoxdur. Biz qərarımıza uyğun olaraq seçkidə iştirak edəcəyik”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR