Şəmkirdə avtomobil aşıb, sürücü xəsarət alıb

Şəmkirdə avtomobil aşıb, sürücü xəsarət alıb
# 25 avqust 2016 07:14 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kür qəsəbəsində qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərrux Hümbət oğlu Hüseynov idarə etdiyi “VAZ21011” markalı avtomobildə idarəetməni itirib və maşın aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR