Ermənistan 8 məhbusu İrana təhvil verib

Ermənistan 8 məhbusu İrana təhvil verib
# 31 avqust 2016 09:00 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Ermənistan 8 iranlı məhbusu avqustun 30-da bu ölkəyə təhvil verib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İran XİN-in və İranın Ermənistandakı səfirliyinin səyi nəticəsində qonşu ölkənin Ədliyyə Nazirliyi məhbusların İrana təhvil verilməsi haqda qərar qəbul edib.


Qeyd edək ki, bazar günü İran parlamentində İran və Ermənistan arasında məhbus mübadiləsinə dair sənəd qəbul olunub. Bir neçə gün öncə Əfqanıstanda saxlanılan 23 iranlı məhbus da ölkəyə təhvil verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR