Bakı-APA. Fransanın cənub-şərq bölgəsindəki İzer departamentində bir qrup məktəbli qar uçqununa düşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 məktəbli ölüb, daha 3-ü xəsarət alıb.
Huşsuz halda tapılan məktəblilər xəstəxanaya çatdırıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Təbii fəlakət nəticəsində qarın altında qalan digər məktəblilərin axtarışı davam etdirilir.