İtaliyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb

İtaliyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb
# 30 avqust 2016 10:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün İtaliyanın Azərbaycandakı səfirliyində İtaliyada baş verən zəlzələnin qurbanlarını yad etmək üçün xatirə kitabı açılıb.

APA-nın məlumatına görə, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, hökumət rəsmiləri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb, başsağlığı veriblər.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilo bildirib ki, zəlzələ nəticəsində 200-ə yaxın adam ölüb, kənd və şəhərlər zərər çəkib. Azərbaycanın hadisədən dərhal sonra başsağlığı verdiyini xatırladan diplomat buna görə öz təşəkkürünü bildirib. İtaliya səfiri həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Romadakı katakomba qəbirləri zərər çəkməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR