İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
# 08 may 2017 11:46 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı həmin vətəndaşın üzərində, pencəyinin cibində olan sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə 1 ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

 

Aşkar edilən 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.

 

Bundan başqa, Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsir edən maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Gömrükçülər İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan "Tramadol" adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan "Metadone" adlı narkotik vasitə aşkar edilib.

 

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir. Tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR