“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə 20 mln. manatdan artıq kompensasiya ödənilib

“Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə 20 mln. manatdan artıq kompensasiya ödənilib
# 12 fevral 2016 16:16 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna bu ilin yanvarın 29-dan etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 20 mln. manatdan artıq kompensasiya ödənilib.

30 iyul 2007 -ci ildən fonda üzv olan “Gəncəbank”da isə bu ilin yanvarın 26-da sığorta hadisəsi baş verib. Sığorta hadisəsi baş vermiş “Gəncəbank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 4-dən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 486 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR