Üseyn Bolt səkkiz qat Olimpiya çempionu olub

Üseyn Bolt səkkiz qat Olimpiya çempionu olub
# 19 avqust 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Əfsanəvi yamaykalı sprinter Üseyn Bolt karyerasında Olimpiya Oyunlarının səkkizinci qızıl medalını qazanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atlet Rio-2016-da 200 metr distansiya üzrə final mərhələdə 19,78 saniyə nəticə göstərərək, birinci yerə layiq görülüb. Gümüç medala kanadalı Andre de Qrasse (20,2 saniyə), bürünc medala isə fransalı Kristof Lemetr (20,12 san.) layiq görülüb.

Qeyd edək ki, Üseyn Bolt Rio-2016-da bundan əvvəl 100 metr distansiya da qızıl medala layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR